Xocalı soyqırımı qurbanları Monreal şəhərində də yad edilib
Bakı, 27 fevral, AZƏRTAC
Kanadanın Monreal şəhərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Monreal şəhərində fəaliyyət göstərən Kvebek Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Xocalı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Xocalı soyqırımı haqqında tarixi faktlar, soyqırımının başvermə səbəbləri, xalqımız üçün ağır nəticələri haqqında ətraflı məlumat verilib. Tariximizə qanlı hərflərlə yazılan bu qara səhifənin unudulmamasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi diqqətə çatdırılıb.
Anım mərasimində xarici ölkələrdə yaşayan azərbaycanlıların bir yumruq ətrafında sıx birləşərək Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa davam edəcəyi bildirilib.
Serbiya mətbuatı 20 Yanvar faciəsindən yazıb
Praqadakı Azərbaycan Mədəniyyət Evində 20 Yanvar qurbanlarının anım gecəsi keçirilib
Latviyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib
Mexikoda 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
20 Yanvar faciəsi Bolqarıstan mətbuatında geniş işıqlandırılıb