NAYORA Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbirlər keçirib
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Xocalı faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar tədbirlər keçirib.
NAYORA-dan AZƏRTAC-a verilən məlumata görə, qurumun təşkilatçılığı ilə gənclər təşkilatlarının rəhbər və nümayəndələri faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər. Xocalıda amansızcasına qətlə yetirilmiş günahsız insanların ruhlarını dərin ehtiramla yad edərək, abidə önünə gül dəstələri düzüblər.
Bununla yanaşı, Gənclər Fondunun dəstəyi, NAYORA-nın və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Xocalı: Tarixi yaddaş” anım tədbiri də keçirilib.
Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb
Serbiya mətbuatı 20 Yanvar faciəsindən yazıb
Praqadakı Azərbaycan Mədəniyyət Evində 20 Yanvar qurbanlarının anım gecəsi keçirilib
Latviyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib