Kolumbiyanın aparıcı telekanalında Xocalı soyqırımı ilə bağlı geniş süjet yayımlanıb VİDEO
Bakı, 27 fevral, AZƏRTAC
Bütün Latın Amerikası üzrə yayımlanan Kolumbiyanın aparıcı telekanalı "NTN24"-də Xocalı soyqırımına həsr olunmuş geniş süjet efirə gedib.
AZƏRTAC xəbər verir ki, süjetdə erməni cəlladlarının Xocalıda törətdikləri ağlasığmaz vəhşiliklərlə yanaşı, ölkə ərazisində kütləvi məzarlıqların tapılması və bu dəhşətli faciəni törədənlərin hələ də layiqli cəzalarını almadıqları barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 dinc Xocalı sakini erməni quldurları tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilib, bəziləri hətta diri-diri yandırılıb və başları kəsilib. "Humanitar dəhliz" adı altında erməni canilərinin günahsız insanları mühasirəyə alaraq misli görünməmiş qətliam törətdikləri vurğulanır. “Human Rights Watch” təşkilatının Xocalı hadisələrini Qarabağ müharibəsi zamanı baş vermiş ən böyük qırğın kimi qiymətləndirdiyinə diqqət çəkilir. Bildirilir ki, 30 il müddətində işğal altında saxlanılan Azərbaycan torpaqlarında tapılan kütləvi məzarlıqlar təkcə bu ərazilərdə insanlıq əleyhinə həyata keçirilmiş cinayətlərin izlərinə dəlalət etmir, həm də insanların bu ağrılı günləri yenidən yaşamasına səbəb olur.
Yayım zamanı dünyanın, eləcə Latın Amerikasının bir sıra ölkələrinin Xocalı faciəsini soyqırımı kimi tanıdıqları, bununla belə bu vəhşilikləri törədənlərin cəzasızlığının davam etdiyi qeyd olunur.
Serbiya mətbuatı 20 Yanvar faciəsindən yazıb
Praqadakı Azərbaycan Mədəniyyət Evində 20 Yanvar qurbanlarının anım gecəsi keçirilib
Latviyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib
Mexikoda 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
20 Yanvar faciəsi Bolqarıstan mətbuatında geniş işıqlandırılıb