Tbilisidə “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: tanıyaq və tanıdaq” adlı aksiya keçirilib
Tbilisi, 27 fevral, AZƏRTAC
Fevralın 26-də Gürcüstanın paytaxtı Tbilisidə “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: tanıyaq və tanıdaq” adlı aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzi tərəfindən təşkil olunan məlumatlandırıcı aksiyada mərkəzin rəhbərliyi və tələbələri paytaxt Tbilisinin sakinlərinə və şəhərin qonaqlarına Xocalı soyqırımına dair bukletlər paylayıblar.
Bukletlərdə Xocalı soyqırımının səbəbləri, erməni vandalizminin acı nəticələri, eləcə də statistik məlumatlar əksini tapıb.
Aksiyanın əsas məqsədi ermənilərin Xocalıda törətdikləri bu qətliamın insanlığa qarşı törədilmiş qatı cinayət olduğunu gürcü ictimaiyyətinin və əcnəbilərin diqqətinə çatdırmaqdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Tarix və Etnologiya institutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb
Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı özbək dilində sənədli film hazırlanıb
Xocalı soyqırımı ilə əlaqədar Britaniya parlamentinin üzvlərinə və XİN-ə məktub ünvanlanıb