Aktauda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Qazaxıstanın Aktau şəhərindəki Azərbaycanın Baş Konsulluğunda anım tədbiri keçirilib.
Konsulluqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Türkiyə Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun kollektivi, Veteranlar Şurasının üzvləri, Manqistau Vilayət Assambleyasının nümayəndələri, azərbaycanlı icma fəalları, iş adamları və gənclər iştirak ediblər.
Tədbirdə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Baş Konsulluğun rəhbəri vəzifəsini icra edən Elçin Məmmədov Azərbaycan xalqına qarşı törədilmiş bəşəriyyətin ən dəhşətli soyqırımı cinayəti olan Xocalı faciəsindən, misli görünməyən erməni qəddarlığından danışıb. Bildirilib ki, Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub.
Həmçinin Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyəti barədə məlumat verilib.
Çıxışlarda bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuz bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisasını alaraq, ərazi bütövlüyümüzü bərpa edib. İndi Xocalıda, Laçında, Şuşada, Xankəndidə və digər azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır.
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib
Ağdaban faciəsindən 32 il ötür
31 Mart soyqırımının səbəbləri – tarixçi alim şərh edir
Soyqırımı qurbanlarının və şəhidlərimizin qanı yerdə qalmadı