×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı Azərbaycan tarixində unudulmayan bir faciədir

Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqından məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bu faciənin Azərbaycan bəstəkarlarının yaradıcılığında işıqlandırılması mövzusundan söhbət açıb. O, bəstəkarların Xocalı soyqırımından bəhs edən əsərlərinin gələcək nəsillərə də bu faciənin çatdırılması üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bəstəkarlar İttifaqının katibi Əməkdar incəsənət xadimləri, professor Zemfira Qafarova, Məmmədağa Umudov, Cahangir Zülfüqarov, fəlsəfə elmləri doktoru, professor Mina Hacıyeva Xocalı soyqırımının Azərbaycan tarixində unudulmayan bir faciə olduğunu qeyd ediblər. Təbii ki, bu faciənin musiqidə təzahüründən danışarkən Azər Dadaşovun “Xocalıya ədalət”, Oqtay Rəcəbovun “Xocalı avazları” oratoriyası, Tural Məmmədlinin “Xocalıya ithaf” və digər əsərlərdən bəhs olunub.

Qan yaddaşı 2024-02-26 21:00:00