Xocalı soyqırımı tarixin ən dəhşətli faciələrindən biridir
İmişli, 26 fevral, Aydın Yavərzadə, AZƏRTAC
XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da dərin hüznlə anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 26-da Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının rəhbərləri tərəfindən İmişli rayonunda Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarları üzərinə, “Şəhidlər Kompleksi”nin önünə qərənfillər düzülüb, Xocalı soyqırımı qurbanlarının ruhlarına dualar oxunub.
Sonra Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib. Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş rəsm sərgisinə baxış keçirilib. Tədbir zamanı Xocalı soyqırımı qurbanlarının, şəhidlərimizin əziz xatirələri sükutla yad edilib. Çıxışlarda qeyd edilib ki, ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər bu gün də davam etdirilir. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsindəki parlaq Qələbəsi Azərbaycan tarixinə Zəfər ili kimi yazıldı. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağı işğaldan azad edilən bütün torpaqlarımızda dalğalanır.
Yeni üzüm bağlarının salınmasına marağı artırmaq məqsədilə dəstək mexanizmləri həyata keçirilir
Peşəkar kadrların hazırlandığı Naxçıvan Hərbi Kollecindən reportaj FOTO
Səhiyyə Nazirliyi Xankəndidə kardioloji müayinələr təşkil edib
Videoqraflar Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər ediblər VİDEO