×
A
A
A
Sazlamalar

AZƏRTAC-ın kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib VİDEO

Bakı, 26 fevral, AZƏRTAC

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 32-ci ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri, müxtəlif idarə və təşkilatların kollektivləri, o cümlədən müəllimlər, məktəblilər gün ərzində “Ana harayı” abidəsini ziyarət edirlər.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın kollektivi də “Ana harayı” abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini dərin ehtiramla anıb.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

 

Siyasət 2024-02-26 12:33:00

Video