×
A
A
A
Sazlamalar

Göyçayda “Bir gecənin faciəsi” adlı tədbir keçirilib

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 23-də Göyçay rayon Mədəniyyət Mərkəzinin binasında Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş “Bir gecənin faciəsi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək, Xocalı soyqırımının bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, 30 il işğal altında qalan torpaqlarımızı Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə azad etməklə bərabər, Xocalı faciəsi qurbanlarının və doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin qisasını aldılar. Şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bir çox torpaqlarımız kimi, Xocalı şəhəri də separatçılardan təmizləndi. Xocalı sakini Rizvan Hümbətov bu qanlı qırğının qurbanlarının xatirəsinin daim anılmasının vacib olduğunu qeyd edib.
Anım tədbiri rayon Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

 

Regionlar 2024-02-24 02:26:00