“BİZ” anti-Azərbaycan qüvvələrə tutarlı cavab verib
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan tarixinə xalqımızın sarsılmaz birliyinin nümayişi kimi daxil olan 7 fevral növbədənkənar prezident seçkilərində xaricdə yaşayan azərbaycanlılar da öz mütəşəkkil davranışları ilə fərqləniblər.
Ötən il dekabrın sonunda dünya azərbaycanlılarının təşəbbüsü ilə yaradılmış “BİZ - Zəfər Yoluna Davam!” platforması xaricdəki Azərbaycan icmalarının Vətənə bağlılığının, dövlətimizin milli maraqlarının keşiyində möhkəm dayanmalarının mənzərəsini bir daha görməyə imkan yaradıb.
AZƏRTAC xəbər verir ki, xaricdə yaşayan soydaşlarımız fevralın 7-də təkcə “BİZ - Zəfər Yoluna Davam!” platforması üzərindən dünya azərbaycanlılarının səsvermə prosesində böyük fəallıqla iştirakını izləməyib, həmçinin bu platforma vasitəsilə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasını həzm edə bilməyən ermənipərəst qüvvələrə tutarlı cavab verib, “yumşaq güc”ə çevrildiklərini nümayiş etdiriblər.
Soydaşlarımız səsvermə prosesində iştirakları ilə bağlı video və fotomaterialları müntəzəm olaraq platformada ictimailəşdirib, xaricdəki azərbaycanlıları səsvermə hüquqlarından istifadəyə dəvət ediblər.
“BİZ” həqiqətən, Azərbaycan diasporunun siyasi yetkinliyinin, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasına sadiqliyinin, 50 milyonluq azərbaycanlının qüdrətli orduya çevrilməsinin göstəricisi olub.
İsveçdə Azərbaycan diasporunun fəaliyyəti gücləndirilir VİDEO
Azərbaycan diasporu Niderland parlamentinə müraciət edib