Cenevrədə Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsinə qarşı etiraz aksiyası keçirilib VİDEO
Vyana, 27 yanvar, AZƏRTAC
Yanvarın 27-də Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi tərəfindən BMT-nin Cenevrə bölməsinin qarşısında aksiya təşkil edilib.
AZƏRTAC xəbər verir ki, aksiyanın məqsədi İsveçrənin və dünya ictimaiyyətinin diqqətini Ermənistanın Azərbaycan ərazilərini minalarla çirkləndirməsi probleminə yönəltmək və Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etmək olub.
Aksiya zamanı “Mina sahəsi” adlı simulyasiya təlimi keçirilib, yerli sakinlərə və şəhərin qonaqlarına Azərbaycan barəsində ətraflı informasiya verilib və məlumat vərəqələri paylanılıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Müxtəlif ölkələrdəki Azərbaycan diasporu ermənilərin mina terroruna etiraz edib
Avropadakı Azərbaycan diasporu Ermənistanın mina terroruna etiraz edib
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Portuqaliyadakı Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib