×
A
A
A
Sazlamalar

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 10-cu və 12-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 597; 2020, № 6, maddə 683, № 7, maddə 856, № 12 (I kitab), maddə 1442; 2021, № 7, maddə 712) 3.2-ci maddəsində, 28-ci maddəsinin adında, 28.1-ci maddəsində və 29-cu maddəsinin adında “Kommersiya mübahisələri, həmçinin ailə” sözləri “Ailə” sözü ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 26 dekabr 2023-cü il

Qanunlar 2024-01-25 16:36:00