×
A
A
A
Sazlamalar

Konyada 20 Yanvar faciəsi ilə bağlı fotosərgi açılıb

İstanbul, 23 yanvar, AZƏRTAC

Türkiyənin Konya vilayətində “Azərbaycanın müstəqilliyinin dönüş nöqtəsi: 20 Yanvar qətliamı” mövzusunda fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Konya Azərbaycanlı Tələbələr Birliyi tərəfindən təşkil edilib.
Tədbirdə Türkiyə Gənclər və İdman Nazirliyinin Konya üzrə rəhbəri Əbdurrəhman Şahin, Karatay Gənclik Mərkəzinin müdiri Ömər Faruq Qoç sərgi ilə bağlı təəssüratlarını bölüşüblər.
Onlar dərin tarixi köklərə əsaslanan Azərbaycan-Türkiyə birliyindən və qardaşlığından, eləcə də Azərbaycan xalqının 20 Yanvar hadisələrində nümayiş etdirdiyi möhkəm iradədən bəhs edib, bu tarixi ölkəmizin müstəqilliyi yolunda atılan mühüm addım kimi qiymətləndiriblər.
Birliyin İdarə Heyətinin üzvləri ziyarətçilərə 20 Yanvar hadisələri ilə bağlı ətraflı məlumat veriblər.
Tədbirdə Konyada yaşayan və işləyən həmvətənlərimizlə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Qan yaddaşı 2024-01-23 16:59:00