Moldovada 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi yad edilib
Kişineu, 20 yanvar, AZƏRTAC
Moldovanın paytaxtı Kişineuda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səfirliyin qarşısında faciə qurbanlarının xatirəsinə həsr olunmuş guşə önünə çiçəklər düzülüb.
Anım tədbirində səfirliyin diplomatları, Moldovada yaşayan çoxsaylı soydaşlarımız, tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Ülvi Baxşəliyev 20 Yanvarın anım və qürur günü olduğunu bildirib. Diplomat bildirib ki, 20 Yanvar hadisələrinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Şəhid olan bütün qəhrəmanların xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayan Ü.Baxşəliyev deyib ki, şəhidlərimizin qisası döyüş meydanında alınıb, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Sonra Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov 20 Yanvar faciəsinin Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu, dövlətimizin azadlığı, xalqımızın birliyi və həmrəyliyinə gedən yolda mühüm rol oynadığını söyləyib. O, həmçinin qeyd edib ki, milyonlarla həmyerlimiz hadisənin səhəri günü Azadlıq meydanında toplaşaraq xalqımızın sovet cəlladları qarşısında əyilməz və qorxmaz olduqlarını nümayiş etdirib.
Səfirliyin qarşısında 20 Yanvar faciəsinə dair tarixi fotoşəkillərdən ibarət sərgi təşkil olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Amsterdamda Zəfər Gününə həsr edilmiş tədbir keçirilib
Oslo Azərbaycan Evinin sədri: Azərbaycan yaşıl enerjiyə keçidi sürətləndirir
Azərbaycanın Zəfər Günü münasibətilə Manisada tədbir təşkil olunub
Nyu-Yorkda Zəfər və Dövlət Bayrağı günlərinə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib