×
A
A
A
Sazlamalar

20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar Britaniya parlamentində qanunvericilik təşəbbüsü irəli sürülüb

Bakı, 19 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Britaniya Parlamentinin Nümayəndələr Palatasında ilkin qanunvericilik təşəbbüsü irəli sürülüb.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, qanunvericilik təşəbbüsündə 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində 150-yə yaxın mülki şəxsin həlak olduğu qeyd edilib.
Parlamentdə Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən tərəfindən irəli sürülmüş bu təşəbbüsdə 20 Yanvar hadisələrini yad etməklə bağlı bütün parlamentarilərə çağırış ünvanlanıb.

Baş xəbərlər 2024-01-19 19:35:00