×
A
A
A
Sazlamalar

XRİTDX-nin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 19 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi, general-leytenant İlqar Musayev və şəxsi heyət Şəhidlər xiyabanını ziyarət edib.
XRİTDX-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi dərin ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb. Xidmət adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Daha sonra Xidmətin inzibati binasında əməkdaşlar üçün 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib.

Cəmiyyət 2024-01-19 16:43:00