×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüş zamanı Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Tərəflər hərbi-texniki sahədə maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Ordu 2024-01-17 15:15:00