×
A
A
A
Sazlamalar

Hərbi qulluqçular şəhid ailələri ilə görüşüblər

Bakı, 27 dekabr, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid ailələri ilə görüşüblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müxtəlif bölgələrdə keçirilən görüşlərdə hərbi qulluqçular şəhidlərin ailə üzvləri ilə söhbətlər aparıb, onların qayğıları ilə maraqlanıblar.
Şəhidlərimizin məzarları ziyarət edilərək xatirələri dərin hörmət və ehtiramla yad olunub.
Azərbaycan Respublikası Prezidentinin 7 noyabr tarixli müvafiq Sərəncamına əsasən təltif edilən şəhid hərbi qulluqçuların medalları onların ailə üzvlərinə təqdim edilib.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ordu 2023-12-27 16:11:00