“Diaspor Akademiyası” adlı yeni layihənin icrasına başlanıb
Bakı, 5 dekabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu “Diaspor Akademiyası” adlı yeni layihənin icrasına başlayıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, “Diaspor Akademiyası” diaspor fəaliyyətinin nəzəri və praktiki aspektlərini diaspor nümayəndələrinə aşılamağı nəzərdə tutan, bu məqsədlə müxtəlif təlim, seminar və konfranslar təşkil edəcək bir platformadır.
Layihənin əsas məqsədi diaspor nümayəndələrini səmərəli diaspor fəaliyyətinə hazırlamaq, fandreyzinq alətlərinə yiyələnmələrinə kömək göstərmək, diaspor nümayəndələrindən öyrəndiklərini və təcrübələrini yaşadıqları ölkələrdəki Azərbaycan diasporunun digər nümayəndələrinə ötürə biləcək kadrlar hazırlamaqdır. Sözügedən məqsədlərə çatmaq üçün layihə çərçivəsində mövzulara uyğun olaraq müxtəlif ekspertləri tədris prosesinə cəlb etməklə, onlayn formatda təlim və seminarlar təşkil ediləcək.
Təlimlər cari ilin dekabr ayından başlamaqla 2024-cü ilin aprel ayına qədər davam edəcək. Ayda iki dəfə olmaqla ümumilikdə layihə ərzində 9 mövzu onlayn formatda tədris olunacaq. Layihədə iştirak etmiş və “Diaspor Akadamiyası”ndan məzun olmuş şəxslər yekunda sertifikat əldə edəcəklər.
Təlimlər ödənişsizdir. Qeydiyyat üçün son tarix 13 dekabrdır.
Qeydiyyat üçün link: https://bit.ly/3ZJVdpN
Polşada Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyeva adına təqaüd proqramı təsis olunub
Köln şəhər bələdiyyəsində Almaniya Azərbaycanlıları Alyansı ilə əməkdaşlıq müzakirə olunub
Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb
Sloveniyada ahıllar evində Azərbaycana dair təqdimat keçirilib
Qars valisi, bələdiyyə başqanı və diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilib