×
A
A
A
Sazlamalar

Ukraynada Azərbaycanın Zəfər Günü münasibətilə bilbordlar quraşdırılıb

Kiyev, 7 noyabr, AZƏRTAC

Ukraynanın Çernovtsı və Jitomir şəhərlərində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə, 8 Noyabr - Zəfər Günü münasibətilə bilbordlar quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Konqresinin Çernovtsı və Jitomir şəhər təşkilatlarının təşəbbüsü ilə keçirilən bayram aksiyasında nümayiş etdirilən bilbordlarda “Azərbaycanın Qələbə Günü” şüarı yazılıb, Zəfərimizin rəmzi “Xarıbülbül”ün və Azərbaycanın Dövlət Bayrağının şəkilləri əks olunub.
Bilbordlar Çernovtsı və Jitomir şəhərlərinin mərkəzlərində yerləşdirilib və bir müddət nümayiş olunacaq.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Diaspor 2023-11-07 19:39:00