Pambıqçılıq təsərrüfatlarında kimyəvi mübarizə zamanı təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirici tədbir
Bakı, 22 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi istiqamətində tədbirlər həyata keçirir.
Ətraf mühitin və insan sağlamlığının qorunması məqsədilə Agentliyin fitosanitar əməkdaşları tərəfindən Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları ilə birgə Bərdə rayonunun Şirvanlı, Qaradəmirçi, Kətəlparaq, Əyricə, Ağdam rayonunun isə Quzanlı, Xındırıstan kəndlərində pambıqçılıqla məşğul olan sahibkarlarla bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə kimyəvi mübarizə zamanı təhlükəsizlik qaydalarına əməl olunması əyani olaraq nümayiş etdirilib. Dərmanlamadan sonra sahənin kənarlarına qadağanedici lövhələr yerləşdirilib. Tədbir iştirakçılarına pestisidlərin və aqrokimyəvi maddələrin tətbiqi zamanı təhlükəsizlik qaydalarına əməl olunmasını əks etdirən bukletlər paylanıb.
Kimyəvi mübarizə zamanı zəhərlənmələrin qarşısının alınması məqsədilə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb