SOCAR-ın prezidenti Özbəkistanın energetika naziri ilə görüşüb
Bakı, 22 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamaxmudov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən verilən tapşırıqlardan irəli gələn məsələlər müzakirə olunub, iki ölkə arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb. Bu xüsusda avqustun 21-də Azərbaycan-Özbəkistan biznes forumu çərçivəsində imzalanan sənədlərin əhəmiyyəti qeyd olunub.
Tərəflər Azərbaycanda və Özbəkistanda neft-qaz sektorunda əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, o cümlədən karbohidrogen ehtiyatlarının işlənməsi, rəqəmsallaşma, qarşılıqlı təcrübə mübadiləsinin təşkili və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparıb.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək