×
A
A
A
Sazlamalar

“YAŞAT” düşərgəsinin 6-cı həftəsinə başlanılıb

Bakı, 22 avqust, AZƏRTAC
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsinin 6-cı həftəsinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şamaxı Safari Parka təşkil olunan ekskursiyadan sonra düşərgənin açılış mərasimi keçirilib, iştirakçılara həftəlik proqram barədə ətraflı məlumat verilib.
İkinci gün psixoloqlarla ilkin görüşlərlə başlayıb və “Faceart” tədbiri ilə davam edib.
Günün ikinci yarısında “Digital Umbrella” şirkətinin “StartSmart” layihəsi çərçivəsində təlim proqramı baş tutub.
Ardınca teleaparıcı Jalə Həsənli ilə keçirilən görüşdə qonaq uşaqlara nitq mədəniyyəti və düzgün ünsiyyət qaydaları barədə məlumat verib.
Düşərgənin tərəfdaşları “PMD Hospitality” şirkəti, “Shamakhi Palace Sharadil” oteli, baş sponsor: Bakcell, sponsorlar “Nar”, “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi, dəstəkçilər “İnnovasiyalar Mərkəzi”, “Azərbaycan Hava Yolları” QSC, “PAŞA Həyat Sığorta” ASC, “Gənc Psixoloqlar” İctimai Birliyi, “Digital Umbrella” şirkəti, Şamaxı Safari Park, “DeFacto” mağazalar şəbəkəsi, “Panda Kids” mağazalar şəbəkəsi, “Elm Galaxy'” MMC, “Libraff” kitab mağazaları şəbəkəsi, “Happy Day Cake”, “Booo.az”, “Milla”, “Gədəbəy Mineral Suları” MMC, “Bilim Bakı” mərkəzi, “INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi”, Şamaxı Astrofizika Rəsədxanası; “AL Market” mağazalar şəbəkəsi, “Şokki Mokki” markası media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radiodur.

Sosial 2023-08-22 10:53:00