×
A
A
A
Sazlamalar

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən vergiödəyiciləri nə zaman vergi öhdəliyindən azaddır?

Bakı, 21 avqust, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə hansı sahədə fəaliyyət göstərən vergiödəyicilərinə vergi azadolmaları tətbiq edilməyəcək?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, vergiödəyicisi işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınaraq bilavasitə həmin ərazidə fəaliyyət göstərsə də, vergi azadolmaları ona tətbiq edilməyə bilər.
Belə ki, Vergi Məcəlləsinin 226.3-cü maddəsinə əsasən, bu fəsildə müəyyən edilən vergi azadolmaları maliyyə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət növləri və əməliyyatlara şamil edilmir.
Vergi Məcəlləsinin 13.2.14-cü maddəsinə əsasən, maliyyə xidmətlərinə aşağıdakılar aiddir:
- kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi; müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyyələr, köçürmələr, borc öhdəlikləri və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar; qanuni tədiyyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinasların tədavülü ilə bağlı əməliyyatlar; səhmlər, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar.
Qeyd olunub ki, inkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir.

 

Maliyyə 2023-08-21 14:49:00