×
A
A
A
Sazlamalar

Hansı vergiödəyiciləri işğaldan azad edilmiş ərazinin rezidenti sayılmır?

Bakı, 21 avqust, AZƏRTAC

Zəngilan rayonunun Vergilər Şöbəsində qeydiyyatda olan fərdi sahibkar Bakı şəhərində pərakəndə satış fəaliyyəti ilə məşğul olduğu halda işğaldan azad olunmuş ərazilərlə bağlı Vergi Məcəlləsinə əlavə edilmiş vergi güzəştlərindən istifadə edə bilərmi?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, Vergi Məcəlləsinin XIX fəslinin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür və bu fəsildə nəzərdə tutulmuş vergi azadolmaları həmin şəxslərə tətbiq edilir.
Buna əsasən, işğaldan azad edilmiş ərazidə vergi uçotunda olmasına baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən vergiödəyiciləri işğaldan azad edilmiş ərazinin rezidenti sayılmır və həmin şəxslərə Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulmuş vergi güzəştləri şamil edilmir.

Maliyyə 2023-08-21 12:20:00