×
A
A
A
Sazlamalar

AQTA: Tovuzda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb

Bakı, 18 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Tovuz rayonunun Əsrik Cırdaxan kəndində fiziki şəxs Həsənov Dilqəm Əli oğluna məxsus “Cənnət” restoranında yoxlama aparılıb.
Yoxlama zamanı sanitar norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. İctimai iaşə müəssisəsində sanitariya qaydalarına riayət edilmədiyi, bəzi qida məhsullarının döşəmədən məsafə saxlanılmadan yığıldığı, işçilərin mütəmadi olaraq tibbi müayinədən keçmədikləri, qida məhsulları ilə təmasda olan sahələrin, səthlərin asan yuyula bilən, dezinfeksiyaedici məhsulların təsirinə davamlı materialdan hazırlanmadığı, süni havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.
Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılaraq nəzarətə götürülüb.

Sosial 2023-08-18 18:43:00