“YAŞAT” düşərgəsinin beşinci həftəsi başa çatıb
Bakı, 18 avqust, AZƏRTAC
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsində bir sıra maraqlı tədbirlər təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, beşinci həftənin 5-ci günündə uşaqların idman və hovuz saatları, eləcə də psixoloqlarla görüşləri baş tutub.
“AL Market”in nümayəndələri iştirakçılarla görüşüb, hədiyyələrini təqdim ediblər.
Uşaqlar “Əsgərə məktub” layihəsi çərçivəsində Vətənimizin keşiyində duran əsgərlərimizə məktublar yazaraq ürək sözlərini, arzularını çatdırıblar.
“ABAD”ın sənətkarı İqbal Həsənəlizadə tərəfindən uşaqlara ustad dərsi keçilib. Onlar milli naxışların və ornamentlərin təsvir olunduğu fiqurların boyanmasında böyük həvəslə iştirak ediblər.
Bağlanış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov uşaqlarla görüşüb, onlara sertifikatlarını və müxtəlif hədiyyələrini təqdim edib.
“Şokki Mokki” tərəfindən düşərgə iştirakçıları üçün köpük və alov şou təşkil olunub, rəngli görüşün sonunda hədiyyələr təqdim olunub.
Estrada müğənnisi Gülay Zeynallının iştirakı ilə baş tutan konsert proqramında uşaqlar mahnıları ifa edib, birlikdə rəqs ediblər.
Bununla da düşərgənin beşinci həftəsinə yekun vurulub.
Düşərgənin tərəfdaşları “PMD Hospitality” şirkəti, “Shamakhi Palace Sharadil” Hoteli, baş sponsoru Bakcell, sponsorları “Nar”, “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi, dəstəkçiləri “İnnovasiyalar Mərkəzi”, “Azərbaycan Hava Yolları” QSC, “PAŞA Həyat Sığorta” ASC, “Gənc Psixoloqlar” İctimai Birliyi, “Digital Umbrella” şirkəti, Şamaxı Safari Park, “DeFacto” mağazalar şəbəkəsi, “Panda Kids” mağazalar şəbəkəsi, “Elm Galaxy” MMC, “Libraff” kitab mağazaları şəbəkəsi, “Happy Day Cake”, “Booo.az”, “Milla”, “Gədəbəy Mineral Suları” MMC, “Bilim Bakı” mərkəzi, “INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi”, Şamaxı Astrofizika Rəsədxanası, “AL Market” mağazalar şəbəkəsi, “Şokki Mokki” markası, media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radiodur.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb