Dövlət Sosial Müdafiə Fondunun saytı istifadəyə verilib
Bakı, 18 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəsmi internet saytı (dsmf.gov.az) istifadəyə verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, saytda sosial təminata dair qanunvericilik, sosial təminat növləri (pensiya, müavinət, təqaüd və s.), onların təyin olunması qaydaları, DSMF-nin strukturu, fəaliyyət istiqamətləri, xidmət və layihələri, şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək tədbirləri və sair ilə bağlı məlumatlarla tanış olmaq mümkündür.
Həmçinin vətəndaşlar saytın “Müraciət” bölməsində Fondun rəhbər şəxslərinin qəbul günlərini öyrənə və onlayn qaydada onların qəbuluna yazıla, Fonda onlayn müraciət edə bilərlər. Bu bölmədə sosial təminat sahəsinə dair ən çox verilən suallar cavablandırılıb, “142” Çağrı mərkəzinin göstərdiyi xidmətlə bağlı məlumat da yer alıb.
Saytın “Media” bölməsində isə Fondun fəaliyyət istiqamətləri ilə bağlı gündəlik yenilənən məlumatlar, maarifləndirici videoçarxlar və sair təqdim edilir.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb