×
A
A
A
Sazlamalar

Avropa İttifaqı Rusiya qazından imtina edərək enerji mənbələrini artırmaq üçün işlər aparır

Bakı, 18 avqust, AZƏRTAC

Avropa İttifaqının (Aİ) sədri Ursula Fon der Lyayen quruma üzv ölkələrin təbii qaz anbarlarının mavi yanacağın həcmini 90 faizi keçdiyini və bunun qış dövründə enerji təchizatı təhlükəsizliyinə töhfə verəcəyini bildirib.
AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, Ursula Fon der Lyayen bu fikirləri tviterdə “X” sosial media platforması hesabında paylaşıb.
Ursula Fon der Lyayen Rusiya qazından imtina etdiklərinə diqqət çəkərək, enerji mənbələrinin müxtəlifliyini artırmaq üçün işlərin davam etdirildiyini ifadə edib.
“Gas Infrastucture Europe” məlumatlarına görə, bu günə üzv ölkələrdə təbii qaz anbarlarının doluluq nisbəti yüzdə 90,12 səviyyəsindədir. Normal dövrlərdə ildə təxminən 400 milyard kubmetr təbii qaz istehlak edən Aİ ölkələrinin 110 milyard kubmetrə qədər təbii qaz anbarı var.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ ölkələri təbii qazın 40 faizini Rusiyadan idxal edirdi.

 

Neft - qaz 2023-08-18 15:20:00