×
A
A
A
Sazlamalar

“Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” layihəsi çərçivəsində təlim

Bakı, 18 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim Mərkəzində “Pensiya: müqayisəli perspektivdə metodlar və risklər” mövzusunda ikigünlük təlim keçirilib.
Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə “Azərbaycanda pensiya islahatlarına dəstək - Faza 2” layihəsi çərçivəsində keçirilən təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin nümayəndələri, habelə Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və Ədliyyə Nazirliyinin əməkdaşları iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimdə Leuven Universitetinin professoru Yves Stevens tərəfindən "Pensiyanın maliyyələşdirmə üsulları", "Sosial təminatın modelləri və idarə edilməsi" və "Pensiya ilə bağlı risklər" mövzuları haqqında məlumatlar verilib, iştirakçıların sualları cavablandırılıb.
Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

Sosial 2023-08-18 12:00:00