Yanvar-iyul aylarında 179,5 min ton neft koksu ixrac olunub
Bakı, 18 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında ölkədən 179,5 min ton neft koksu ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 49 milyon 515,8 min ABŞ dolları olub.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 78 min tona yaxın və ya 16 milyon 616,1 min dollar dəyərində neft koksu ixrac edilib.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək