×
A
A
A
Sazlamalar

Neft-qaz sənayesi üzrə qiymət indeksləri 77,5 faiz artıb

Bakı, 17 avqust, AZƏRTAC

İyulda əvvəlki aya nisbətən istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi məhsulları üzrə 105,5 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sənayesi üzrə qiymət indeksləri cari ilin iyulunda ötən ilin müvafiq dövrünə nisbətən 73,4 faiz, bu ilin yanvar-iyul aylarında isə keçən ilin analoji dövrü ilə müqayisədə 77,5 faiz artıb.
Cari ilin yanvar-iyul aylarında 2022-ci ilin müvafiq dövrünə nisbətən neft-qaz sənayesində sənaye məhsullarının istehsalçı qiymətləri indeksinin 84,5 faiz artımı qeydə alınıb.

Neft - qaz 2023-08-17 22:19:00