BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!
Bakı, 16 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində bakalavriat səviyyəsində kitabxanaçılıq və informasiya fəaliyyəti və muzey, arxiv işi və abidələrin qorunması ixtisasları üzrə tələbə qəbulu aparılır.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
İnformasiya və sənəd menecmenti fakültəsində 2 tədris laboratoriyası, Kitabxanaşünaslıq, Sənəd menecmenti, Kitabxana-informasiya resurslarının idarə edilməsi, Redaksiya-nəşriyyat işi kafedraları fəaliyyət göstərir.
Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə məzunlar fundamental bilik və bacarıqlar qazanmaqla ölkədə mövcud olan kitabxana, nəşriyyat, mətbəə, qəzet və jurnallar, elektron media qurumları, dövlət və özəl təşkilatların mətbuat xidmətləri və digər sahələrdə çalışa bilərlər.
Muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə fakültədə ilk dəfə olaraq 2023-2024-cü tədris ilindən başlayaraq tələbə qəbulu həyata keçirilir. Bu ixtisas üzrə universiteti bitirən məzunlar ölkədə mövcud olan arxiv və muzey, tarixi abidələrin mühafizəsini həyata keçirən qurumlarda işləyə bilərlər.
Bakalavriat səviyyəsində mövcud ixtisaslara yiyələnən məzunlar təhsillərini magistratura və doktorantura səviyyələrində davam etdirməklə akademik karyera qurmaq imkanlarına malikdirlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək