×
A
A
A
Sazlamalar

Avropada qazın qiyməti 15 faizdən çox artıb

Bakı, 16 avqust, AZƏRTAC

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1000 kubmetrinin qiyməti 450 ABŞ dollarını ötüb.
AZƏRTAC xəbər verir ki, avqustun 15-də sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 451,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti olan 391,7 dollar ilə müqayisədə 15,4 faiz çoxdur.

Neft - qaz 2023-08-16 11:16:00