×
A
A
A
Sazlamalar

“YAŞAT” Fondu şəhidin həyat yoldaşının əməliyyat xərclərini qarşılayıb

Bakı, 15 avqust, AZƏRTAC

“YAŞAT” Fondunun dəstək tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şəhidimiz Rizvan Qayıbov Nüsrət oğlunun həyat yoldaşı Xanpəri Qayıbova Hacıbəy qızının əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən ödənib.
Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək olar.

Sosial 2023-08-15 17:14:00