×
A
A
A
Sazlamalar

Azad olunan ərazilərdə əməyin mühafizəsi və mina təhlükəsizliyinə dair növbəti maarifləndirmə tədbirləri keçirilib

Bakı, 15 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə birgə ölkəmizin işğaldan azad olunmuş ərazilərində əməyin mühafizəsi və mina təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərini davam etdirir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbirlər Ağdam rayon mərkəzində və rayonun bir neçə kəndində keçirilib.
Tədbirlərdə həmin ərazilərdə fəaliyyət göstərən 26 işəgötürən üzrə 500-dək şəxs iştirak edib. Onlara iş yerlərində əməyin mühafizəsi və mina təhlükəsizliyi ilə bağlı ətraflı məlumat verilib, sualları cavablandırılıb.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə bu ilin aprelindən başlayaraq dörd rayonda (Füzuli, Laçın, Tərtər (Suqovuşan, Talış) və Ağdam) 62 işəgötürən üzrə 1000 nəfərdən çox işçinin iştirakı ilə əməyin mühafizəsi və mina təhlükəsizliyinə dair maarifləndirici tədbirlər keçirilib. İştirakçılara həmin mövzularda yaddaş kitabçaları və bukletlər təqdim edilib.

 

 

 

Sosial 2023-08-15 14:39:00