×
A
A
A
Sazlamalar

İlin ilk altı ayında Azərbaycanda 24 mindən çox cütlük nikaha daxil olub

Bakı, 15 avqust, AZƏRTAC

Bu ilin ilk altı ayında ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24 min 146 nikaha daxilolma və 10 min 631 boşanma halları qeydə alınıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8-dən 4,8-ə enib, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Sosial 2023-08-15 13:02:00