×
A
A
A
Sazlamalar

Yanvar-iyun aylarında Azərbaycanda 53 mindən çox körpə doğulub

Bakı, 15 avqust, AZƏRTAC

İlin ilk dörd ayı ərzində Azərbaycanda 53 min 918 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,2-dan 10,7-ə enib.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.
Körpələrin 1580-i əkiz, 75-i üçəm, 4-ü isə dördəm doğulanlardır.
Yanvar-may ayları ərzində ölkədə 30 min 165 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,5-dən 6,0-a qədər azalıb.

Sosial 2023-08-15 12:54:00