×
A
A
A
Sazlamalar

“YAŞAT” düşərgəsinin 5-ci həftəsi başlayıb

Bakı, 15 avqust, AZƏRTAC

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsinin 5-ci həftəsinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şamaxı Astrofizika Rəsədxanasına təşkil olunan ekskursiyadan sonra düşərgənin açılış mərasimi keçirilib. İştirakçılara həftəlik proqram barədə ətraflı məlumat verilib. İkinci gün səhər idmanı ilə başlayıb və "Gənc Psixoloqlar" İctimai Birliyinin psixoloqları ilə görüşlə davam edib. Uşaqlar peşəkar rəqqas Lazım Ağayev tərəfindən təşkil olunan ustad dərsində əyləncəli vaxt keçiriblər. Dövlət İmtahan Mərkəzinin peşəkar psixoloqları tərəfindən uşaqlara doğru peşə seçimi mövzusunda təlim keçirilib. Həmçinin Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin düşərgə iştirakçıları ilə görüşü baş tutub. O, uşaqların ixtisas və peşə seçimi barədə suallarını cavablandırıb, abituriyentlərin bu prosesdə diqqət etməli olduqları məqamlar haqqında danışıb. Görüşün sonunda iştirakçılara hədiyyələr təqdim edilib. Gün hotel daxili əyləncə və stolüstü idman oyunları ilə davam edib.
Tərəfdaşlar “PMD Hospitality’’ şirkəti, “Shamakhi Palace Sharadil” Hoteli, baş sponsor Bakcell, sponsorlar: “Nar", “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi, dəstəkçilər: “İnnovasiyalar Mərkəzi”, “Azərbaycan Hava Yolları” QSC, “PAŞA Həyat Sığorta” ASC, "Gənc Psixoloqlar" İctimai Birliyi, “Digital Umbrella” şirkəti, Şamaxı Safari Park, “DeFacto” mağazalar şəbəkəsi, “Panda Kids” mağazalar şəbəkəsi, "Elm Galaxy'' MMC, “Libraff’’ kitab mağazaları şəbəkəsi, "Happy Day Cake”, Booo.az, "Milla", “Gədəbəy Mineral Suları” MMC, "Bilim Bakı'' mərkəzi, “INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi”, Şamaxı Astrofizika Rəsədxanasıdır.

Sosial 2023-08-15 11:29:00