×
A
A
A
Sazlamalar

Bu ilin yeddi ayında DSMF-nin xərcləri 15 faiz artıb

Bakı, 15 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yeddi ayında proqnozla müqayisədə 7 faiz və ya 243 milyon manat çox olmaqla 3 milyard 848 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-iyul aylarında proqnoza nisbətən 9 faiz və ya 243 milyon manat artaraq 2 milyard 985 milyon manat olub.
Həmin dövrdə DSMF-nin xərcləri 3 milyard 513 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 460 milyon manat çoxdur.

Sosial 2023-08-15 11:04:00