×
A
A
A
Sazlamalar

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 12,7 milyard kubmetrdən çox təbii qaz ötürülüb

Bakı, 15 avqust, AZƏRTAC

Yanvar-iyul aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 23 milyard 978,5 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 4,6 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yeddi ayda qaz nəqlinin 53,1 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 12 milyard 737,9 milyon kubmetr təbii qaz ixrac edilib.

Neft - qaz 2023-08-15 10:46:00