×
A
A
A
Sazlamalar

Azərbaycandakı pensiyaçıların sayı əhalinin 10,8 faizini təşkil edir

Bakı, 14 avqust, AZƏRTAC

Bu il iyulun 1-nə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan 1 milyon 96,6 min nəfər pensiyaçı var. Bu, ölkə əhalisinin 10,8 faizini təşkil edir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435 manat təşkil edib.


 

Sosial 2023-08-14 18:29:00