×
A
A
A
Sazlamalar

Azərbaycanda yanacaq satışından əldə olunan gəlirlər 5,7 faiz artıb

Bakı, 14 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 milyard 681,7 milyon manat xərclənib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 5,7 faiz artıb.
2023-cü ilin ilk yeddi ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,4 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Neft - qaz 2023-08-14 10:50:00