×
A
A
A
Sazlamalar

Hindistandan idxal olunan yerfındığı məhsulunun istehlaka yararsız olduğu aşkarlanıb

Bakı, 11 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində “Buta Çərəz” MMC-nin Hindistan Respublikasından idxal etdiyi ümumi çəkisi 54 min 108 kiloqram yerfındığı (araxis) məhsulundan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Aparılan sınaq nəticəsinə əsasən nümunələrdə Aflatoksin B1-in miqdarının normadan artıq olduğu aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.

Sosial 2023-08-11 16:15:00