Azərbaycanda bu ilin sonunadək daha 50 kənd və yaşayış məntəqəsi qazlaşdırılacaq
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycanda bu ilin sonunadək daha 50 kənd və yaşayış məntəqəsinin qazlaşdırılmasına başlanılması nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov avqustun 11-də keçirilən “Açıq qapı” aksiyasında bildirib.
T.Cəfərov deyib ki, cari ilin yanvar-iyul aylarında ölkədə artıq 90-dək yaşayış məntəqəsi və yeni yaşayış məntəqələrində paylayıcı küçə xətlərinin və daşıyıcı qaz xətlərinin çəkilməsi işləri davam etdirilib.
O qeyd edib ki, hazırda ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,3 faiz təşkil edir: “Bu, kifayət qədər yüksək göstəricidir. Amma buna baxmayaraq, növbəti illərdə də qazlaşdırılma işləri davam etdiriləcək. Ümumilikdə, 2023-cü ildə 140 yaşayış sahəsinin qazlaşdırılması həyata keçiriləcək”, - deyə “Azəriqaz” İB-nin rəsmisi əlavə edib.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək