OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb
Bakı, 11 avqust, AZƏRTAC
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.
AZƏRTAC OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə 11 min barel artım deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən 11 min barel azdır.
Bildirilib ki, proqnozun azaldılma səbəbi may ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardır.
Həmçinin hesabata əsasən, 2024-cü ildə Azərbaycanın maye karbohidrogenlərin gündəlik hasilatı proqnozu dəyişməyərək 30 min azalma ilə orta hesabla 0,7 milyon barel olacağı proqnozlaşdırılır.
Qeyd olunur ki, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub ki, bu da illik müqayisədə 65 min barel azdır.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək