×
A
A
A
Sazlamalar

İsmayıllı sakinləri “İşsizin dostu” proqramı barədə məlumatlandırılıb

Bakı, 10 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi tərəfindən İsmayıllı rayonunda ictimai dinləmə təşkil edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Mərkəzin direktor müavini Emil İsmayılov və İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayevin iştirak etdiyi tədbirdə məşğulluq imkanlarının artırılmasında əhəmiyyətli rola malik olan ödənişli ictimai işlər - “İşsizin dostu” proqramı barədə yerli sakinlərə məlumat verilib.
Proqramın fəaliyyət sahələri, bu işlərə cəlb olunma, müraciət qaydaları, DOST İş Mərkəzinin layihələri və sair barədə də məlumatlandırma aparılıb, rəy və təkliflər dinlənilib, suallar cavablandırılıb.

Sosial 2023-08-10 18:10:00