×
A
A
A
Sazlamalar

Ukraynalı uşaqların Qəbələdə istirahətləri davam edir

Bakı, 10 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Ukraynada gedən müharibə nəticəsində zərərçəkən və ölkəmizə gətirilərək düşərgələrə yerləşdirilən uşaqların sosial reabilitasiyası davam edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, paytaxt Bakıda düşərgəyə yerləşdirilərək müxtəlif reabilitasiya proqramlarına cəlb edilən ukraynalı uşaqların ölkəmizin müxtəlif bölgələrinə gəzintisi təşkil edilib.
İsmayıllı rayonunun Basqal qəsəbəsində olan uşaqlar həmin səfərin ardınca Qəbələ rayonunda olublar. Qəbələnin Laza kəndində də olan uşaqlar lavaşın hazırlanması prosesində iştirak ediblər.
Ukraynalı uşaqların Şəki və Şamaxıya da ekskursiyasının təşkili nəzərdə tutulur.
On dörd günlük sosial reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyalarının təmin olunmasına dəstək məqsədilə təşkil edilib.

Sosial 2023-08-10 11:22:00