×
A
A
A
Sazlamalar

EIA OPEC ölkələrinin gələn il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu artırıb

Bakı, 9 avqust, AZƏRTAC

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələrinin 2024-cü il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu açıqlayıb.
AZƏRTAC EIA-nın aylıq hesabatına istinadla xəbər verir ki, hesabatda EIA OPEC ölkələrinin 2023-2024-cü illər üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu cüzi artırıb.
Gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 28,5 milyon barel olacağı proqnozlaşdırılır, bu da öncəki proqnozdan 0,01 milyon barel çoxdur.
Hesabatda bildirilib ki, cari il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,06 milyon barel olacaq. Bu, əvvəlki proqnoz göstəricidən 0,04 milyon barel çoxdur.
Qeyd olunub ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,67 milyon olub.
Xatırladaq ki, 2021-ci ildə OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,28 milyon barel olub. 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 milyon barel təşkil edib, 2019-cu ildə isə 29,27 milyon barelə bərabər idi.

Neft - qaz 2023-08-09 16:58:00