×
A
A
A
Sazlamalar

Laçında daha 100-dək ailənin məşğulluğuna dəstək işlərinə başlanılıb

Bakı, 9 avqust, AZƏRTAC

Böyük Qayıdış proqramı üzrə Laçın şəhərinə köçürülən sakinlərin məşğulluq imkanlarının müəyyənləşdirilərək müvafiq dəstək göstərilməsi işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Laçına köçürülən daha 100-dək ailə ilə görüşüblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin ailələrin üzvlərinin məşğulluq imkanlarının müəyyənləşdirilməsi sahəsində ilkin söhbətlər aparılıb.
Aktiv məşğulluq proqramları (özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, işədüzəltmə tədbirləri və s.) barədə onlara məlumatlar verilərək həmin proqramlar çərçivəsində onların məşğulluğuna dəstək işlərinə başlanıb.
Ümumilikdə Agentliyin nümayəndələri Laçına köçürülmüş ailələrdən artıq 150-dək ailə ilə görüşərək məşğulluq imkanlarının qiymətləndirməsini aparıb və nəticəsinə uyğun məşğulluq tədbirləri həyata keçirilir.

 

 

Sosial 2023-08-09 15:18:00